Azərenerji” ASC Abşeron rayonunun Qobu qəsəbəsində “Qobu” Elektrik Stansiyasının tikintisi çərçivəsində podratçı seçir.
İşlərə “Qobu” Elektrik Stansiyasının tikinti-quraşdırma işləri, enerjisistemə inteqrasıyası layihəsi üzrə yarımstansiyaların tikintisi, yenidənqurulması, elektrik şəbəkəsində genişləndirmə və elektrik verilişi xətlərinin tikinti-quraşdırma işləri daxildir.
Seçim təkliflər sorğusu üsulu ilə keçirilir.
Təkliflər sorğusu 2 lot üzrə keçirilir. İştirak etmək istəyən iddiaçılar təkliflərini 7 sentyabr 2020-ci il saat 15:00-dək təqdim etməlidirlər.
Xəbər verildiyi kimi, 2020-ci il avqustun 21-də Azərbaycan prezidenti İlham Əliyev cümə günü 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyub.