Belarus üçün Azərbaycan nefti ilə növbəti tanker Odessanın “Yujnıy” limanına çatıb, hazırda boşaldılır. Bu barədə “Belneftexim” konserninin mətbuat xidmətindən məlumat verilib.
“SOCAR şirkətindən neft ilə növbəti tanker “Yujnıy” limanına çatıb və boşaldılır. Neft Mozırsk NEZ-ə çatdırılacaq”, - mətbuat xidmətinin nümayəndəsi deyib.
Avqustun 26-da “Belneftexim” ARDNŞ-dən 93-94 min ton həcmdə Azeri Light markalı neftin növbəti partiyasının alışını təsdiq edib.
(c)interfax