Siyasət

03 Sentyabr

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı nə qədər artacaq ?-BÜDCƏ PROQNOZU

2021-ci il və ortamüddətli dövrdə iqtisadi artım templərinin nisbətən bərpa edilməsi ilə Azərbaycanda ÜDM-in həcmi 2024-cü ildə 89,5 mlrd. manata qədər artacaq.

Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayımlayıb.

Məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 8,1% artacağı proqnozlaşdırıldığı halda, neft sektorunda isə 3% artım gözlənilir. Pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə dövlət dəstəyinin göstərilməsi, vergi güzəştləri və eləcə də güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, o cümlədən bu istiqamətdə planlaşdırılan tədbirlərin reallaşdırılması və real sektorda iqtisadi aktivliyin yenidən əvvəlki səviyyədə bərpa edilməsi nəticəsində ortamüddətli dövr üzrə ən yüksək real artım turizm və informasiya-rabitə sektorları üzrə gözlənilir.

Müəllif;Aynur Qəniyeva