Siyasət

02 Sentyabr

Azərbaycan "Azəri-Çiraq-Günəşli" yataqlar blokundan nə qədər gəlir əldə edib?-MƏBLƏĞ

Bu il (01.01.2020 – 01.09.2020 tarixinə) Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) "Azəri-Çiraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 2 657 mln. ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Neft Fondu məlumat yayımlayıb 

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi)