Siyasət

02 Sentyabr

Apple-ın bazar dəyəri "FTSE 100" indeksindəki şirkətlərin ümumi dəyərini ÜSTƏLƏDİ

Apple-ın 2 trilyon dollarlıq bazar dəyəri, FTSE 100 İndeksindəki şirkətlərin ümumi dəyərindən çoxdur.
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, ABŞ-dakı texnologiya şirkəti Apple, FTSE 100 İndeksinin bazar dəyərini geridə qoydu ki, bu da İngiltərənin ən böyük  şirkətlərinin siyahısını bir başqa mühüm mərhələni də üstələməsi deməkdir.

İPhone və iMacs istehsalçısı bu il yaxşı fəaliyyət göstərib. Səhm dəyəri ilin əvvəlindən bu yana  75 %artan Apple, keçən ay 2 trilyon dollar (1,48 trilyon funt) bazar dəyərinə çatan ilk ABŞ şirkəti olub. O vaxtdan bəri fond bazarında yüksəlişini davam etdirən şirkət, çərşənbə axşamı 2.268 trilyon dollar (1.69 trilyon funt) dəyər qazanıb.

Digər tərəfdən, Shell və HSBC kimi qabaqcıl London şirkətləri, ilin əvvəlindən bəri ümumi dəyərlərinin dörddə birini itirib. FTSE 100 indeksi, çərşənbə axşamı mayın ortalarından bəri ən aşağı səviyyəyə çatıb. İndeksin ümumi dəyəri 1,5 trilyon funt sterlinq səviyyəsindədir.

Müəllif:Aynur Qəniyeva