Rusiyanın TATNEFT şirkəti 2020-ci ilin 8 ayında neft hasilatını 12,5% yəni 17,44 milyon tona endirib.
Fins.az xəbər verir ki, TATNEFT Şirkətlər Qrupu 2020-ci ilin yanvar-avqust aylarında neft hasilatını əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,5% azalaraq 17,444 milyon tona endirib.
Eyni zamanda, şirkətin avqust ayında istehsalı 2.158 milyon ton təşkil edib.