Siyasət

02 Sentyabr

Neft Fondunda yeni təyinat

Bəhruz Bəhramov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

Fonddan fins.az-a  verilən məlumata görə, Bəhruz Bəhramov 2016-cı ildən hazırkı tarixədək ARDNF-in Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncələr Fondun İnvestisiya və Risklərin idarə edilməsi departamentlərində müxtəlif vəzifələrdə, 2014-2016-cı illər ərzində isə ARDNF-in Risklərin İdarə edilməsi departamentinin direktor müavini vəzifəsində işləyib.

ARDNF-in İcraçı direktorunun müşaviri Azərbaycan Dövlət İqtisad Universiteti və Fransanın Nitsa-Sofiya Antipolis Universitetlərində iqtisadiyyat üzrə bakalavr təhsilini, Nitsa-Sofiya Antipolis Universitetində maliyyə ixtisası üzrə magistr dərəcəsini alıb.