SOCAR sentyabr ayında Bakı-Novorossiysk neft kəməri ilə 160 min ton neft ixrac etməyi planlaşdırır.
“Sentyabrda Bakı-Novorossiysk neft kəməri ilə 160 min ton neft ixrac etməyi planlaşdırırıq”, - SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
O xatırladıb ki, Bakı-Novorossiysk boru kəməri ilə neft nəqli 2020-ci il iyulun 17-də bərpa olunub. “O vaxtdan indiyədək bu marşrut ilə 170 min ton Azərbaycan nefti ixrac olunub”, - Əhmədov qeyd edib.
Öncə Əhmədov məlumat verib ki, ümumilikdə 2020-ci ilin sonunadək SOCAR Bakı-Novorossiysk neft kəməri ilə 585 min ton neft ixrac etməyi planlaşdırır.
SOCAR 2019-cu ildə sözügedən kəmərlə 824,4 min ton neft (2018-ci ilin göstəricisi ilə müqayisədə azalma 36,5%) nəql edib.
Xəbər verildiyi kimi, SOCAR 2020-ci ilin yanvar ayından Bakı-Novorossiysk boru kəməri ilə neft nəql etməyib. Şirkət neft həcmlərini əsasən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixraca göndərirdi.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk boru kəməri ilə nəql edir