2020-ci ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 21,94 faiz azalaraq 8,142 milyon dollar təşkil edib.
Bunu Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Hesabata əsasən, iyul ayında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı ötən ilin iyulu ilə müqayisədə 44,04 faiz azalıb və 679 min dollara bərabər olub.
Qeyd edək ki, 2020-ci ilin yanvar-iyul aylarında Türkiyənin dünya bazarlarına dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 23,9 faiz azalaraq 758,505 milyon dollar təşkil edib.