Beynəlxalq Enerji Agentliyinin (UEA) prezidenti Birol,Qara dənizdəki təbii qaz ehtiyatını qiymətləndirib.
Fins.az xəbər verir ki, Birol, Qara dənizdəki ehtiyatın dəyərinin 80 milyard dollar olduğunu deyib.
"Təbii qazı mümkün qədər tez çıxarmaq lazımdır" deyən Birol, hazırkı mühitdə təbii qazı ucuz qiymətə çıxarmağa imkan verdiyinə diqqət çəkib.
Rusiyadan alınan təbii qazda əhəmiyyətli bir azalmanın ola biləcəyini ifadə edən Birol, bildirib ki, ehtiyatın çıxarılması üçün 6 milyard dollar sərmayə tələb oluna bilər.
Müəllif:Aynur Qəniyeva