Siyasət

24 Avqust

Oğuzda 500 abonent yağışlara görə qazsız qalıb

Oğuz rayonunda güclü yağış sularının təsirindən daş hasar orta və aşağı təzyiqli qaz xətlərinin üzərinə aşıb.

Azəriqazdan verilən məlumata görə, hadisə rayon mərkəzinin S.Vurğun küçəsində baş verib.

Bildirilir ki, qaz xəttləri yararsız hala düşüblər. Nəticədə 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.