Siyasət

18 Avqust

Azərbaycanda 7 ay ərzində hasil edilən qazın həcmi AÇIQLANIB

2020-ci ilin 7 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 10 faizdən çox, yəni 2 milyard kubmetr artımla 22,3 milyard kubmetr qaz hasil edilib.

Fins.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayımlayıb

Məlumata görə, qaz hasilatının 7 milyard kubmetri AÇG-dən, 11 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib.

Eyni zamanda hesabat dövründə SOCAR üzrə bu dövrdə 4,3 milyard kubmetr qaz hasil olunub.

Müəllif:Aynur Qəniyeva