Siyasət

18 Avqust

“Azəri-Çıraq-Günəşli”də nə qədər neft hasil olunduğu AÇIQLANIB

 Azərbaycanda respublika üzrə hasil edilən neftin 14 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 4,3 milyon ton təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayımlayıb.

Məlumata görə,yeddi ayda 16,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-iyul aylarına nisbətən, təxminən, 1,4 milyon ton, yəni 7,6 faiz azdır. Neft-kondensatın 16,2 milyon tonu konsorsium, 0,7 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.

Müəllif:Aynur Qəniyeva