Siyasət

17 Avqust

Azərbaycan neft ixracını 6% azaldıb

 2020-ci ilin birinci yarısında Azərbaycan 14 milyon 708.3 min ton neft ixrac edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 6% azdır.

Hesabat dövründə Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri 4 milyard 216 milyon 337.1 min dollar (azalma 42.9%) təşkil edib.

2020-ci ilin yanvar-iyun aylarında Azərbaycandan qaz ixracı 6 milyard 656.2 milyon kubmetr (artım 11.3%) təşkil etdi. Hesabat dövründə ölkədən ixrac olunan qazın ümumi dəyəri 1 milyard 457 milyon 533.4 min dollar (artım 21.5%) təşkil etmişdir.

Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycan 14 milyard 447 milyon 114 min dollar həcmində 31 milyon 238 min ton neft, 2 milyard 569 milyon 583.3 min dollara 12 milyard 210.2 milyon kubmetr qaz ixrac etmişdir.

Azərbaycan qazı hazırda Gürcüstana və Türkiyəyə ixrac olunur.