"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda neft hasilatı 2020-ci ilin birinci yarısında 91 milyon barel (12 milyon tondan çox) təşkil edib.
2019-cu ilin birinci yarısında AÇG blokundan ümumilikdə 98 milyon barel neft hasil edilmişdir. Beləliklə, 2020-ci ilin yanvar-iyun aylarında bu müqavilə bölgəsindən neft hasilatı 7,2% azaldı.
Məlumata görə 2020-ci ilin birinci yarısında AÇG blokunun işlənməsi layihəsinin dəyərini ötən ilin eyni dövrü ilə müqayisədə 30,8% - 1 milyard 215 milyon dollara qədər artırdı. "Bu məbləğdən əməliyyat xərcləri 268 milyon dollar, kapital - 947 milyon dollardan çox ", - mətbuat xidmətində qeyd edib.
2020-ci ilin birinci yarısında orta gündəlik neft hasilatı 498 min barel (2019-cu ilin I yarısında 542,4 min barel) təşkil edib
Müəllif:Aynur Qəniyeva