Siyasət

13 Avqust

“Şahdəniz”dən çıxarılan qazın həcmi AÇIQLANIB

Bu ilin birinci yarısında “Şahdəniz” üzrə fəaliyyətlərə 409 milyon dollara yaxın əməliyyat xərcləri və 452 milyon dollar əsaslı xərclər çəkilib.

Fins.az  xəbər verir ki,, əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

Rüb ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib.

İlin ilk altı ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 9,4 milyard standart kubmetr qaz və 1,9 mln. ton (15,4 milyon barel) kondensat hasil edilib.