Siyasət

12 Avqust

Azərbaycanın baş naziri və BP-nin baş icraçı direktoru gələcək əməkdaşlığın perspektivlərini müzakirə edib

Azərbaycanın baş naziri Əli Əsədov və BP qrupunun baş icraçı direktoru Bernard Luni gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Bu barədə Nazirlər Kabinetindən məlumat verilir.

“Çərşənbə axşamı Əli Əsədov ilə Bernard Luni arasında telefon danışığı olub. Söhbət zamanı ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb”, - məlumatda qeyd olunur.

Tərəflər Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndiriblər