Siyasət

11 Avqust

SOCAR Türkiyə rəsmisi: Səhmdarlara ödənişlər bir müddət gecikə bilər

SOCAR Türkiyə Korporativ Əlaqələndirmə üzrə rəəhbəri Le Compte, Bloomberg -ə müsahibəsində səhmdarlara ödənişlərin bir az gecikəcəyini deyib 
SOCAR Türkiyə Korporativ Əlaqələndirmə üzrə rəhbəri Murat Lecompte, Bloomberg HT -yə açıqlamasında , IPO məbləğinin təxirə salınacağını, dəqiq bir tarix vermək mümkün olmadığını deyib.

LeCompte, 2021-ci ildə investisiya qoyuluşlarının olduğu kimi davam edəcəyini və planlarda dəyişiklik olmadığını qeyd edib.

Zavodların tutumunu artırmaq üçün səylərin davam etdiyini bildirən LeCompte, yeni neft-kimya zavodunun inşası başa çatdıqdan sonra cari hesab kəsirinin bağlanmasına təxminən 4,5 milyard dollar yardım edəcəyini əlavə edib.

LeCompte, Petkim'in ikinci rübdəki dövriyyəsinin birinci rübdəki vəziyyətə yaxın olacağını deyib.

Müəllif:Aynur Qəniyeva