Abşeron yatağı ilə bağlı görülən işlərin 2023-cü ildə başa çatacağı nəzərdə tutulur.
Bunu jurnalistlərə açıqlamasında"BOS Shelf" şirkətinin kommersiya meneceri Orxan Hüseynov deyib.
Onun sözlərinə görə, bu layihə üzrə 4 dayaq blokunun artıq yüklənilməyə hazırlıq işləri aparılır.
"Önümüzdəki bir neçə ay ərzində onlar quraşdırılması üçün yola salınacaqlar",- deyə O. Hüseyn qeyd edib.
O həmçinin əlavə edib ki, ACE layihəsi çərçivəsində də ayaq blokun tikintisinə başlanılıb və onun üzərində işlər gələn ilin sonunadək tamamlanacaq.