Siyasət

11 Avqust

\"Qarabağ\" yatağının ümumi həcmi 60 milyon tondan çox nəzərdə tutulur.

"Qarabağ" yatağının ümumi həcmi 60 milyon tondan çox nəzərdə tutulur.

Bunu jurnalistlərə açıqlamasında"Qarabaq" əməliyyat şirkətinin layihə rəhbəri Ağamalı Qurbanov deyib.

Onun sözlərinə görə bu, çıxarıla biləcək neft 21 milyon tondan artıq olacağı nəzərdə tutulur, çıxarıla biləcək qaz isə 13 milyard kub metr olaraq planlaşdırılır.

"Platformadan 6 neft quyusu qazılacaq, 3 su vurma quyusu və 2 su altı qaz quyusunun qazılması planlaşdırılır",- deyə A. Qurbanov qeyd edib.

O həmçinin əlavə edib ki, yatağın 5 min tondan çox günlük neft hasilatı və maksimum 4,5 milyon kubmetr qaz hasilatı nəzərdə tutulur.