Siyasət

11 Avqust

Xəzərdə itkin düşən neftçinin meyiti tapılıb

Bazar günü axşam saatlarında "Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin stasionar dəniz platformasından yoxa çıxan azərbaycanlı neftçinin meyiti tapılıb.

"İtkin düşən neftçinin meyiti bazar ertəsi tapılıb və müayinə üçün təqdim olunub",-deyə açıqlamasında SOCAR-In PR və tədbirlərin təşkili şöbəsinin müdir müavini İbrahim Əhmədov bildirib.

Xəbər verildiyi kimi, avqustun 9-da saat 19: 00-da "Abşeronneft" neft-qaz hasilatı idarəsinin 1100 nömrəli dəniz stasionar platformasının işçiləri gün növbəsində işləyən operator Elşən Kazımovun yoxluğunu aşkar etdilər. Kazımov sonuncu dəfə bu gün saat 15: 40-da, neft və qaz hasilatı şöbəsinin ustası Vidadi Əliyevlə birlikdə iki quyuda ölçmə işlərini apararkən görüntülənib.

Daha sonra iş otağında ayaqqabısı, mobil telefonu, gödəkçəsi tapılıb. Platformada Kazımovun axtarışları nəticə verməyib. Fövqəladə Hallar Nazirliyinin gəmiləri, dalğıc texnikası və vertolyotlarının iştirakı ilə axtarış əməliyyatları bazar ertəsi axşamına qədər davam edib.