“Təxminən 30 ildir, BP Azərbaycanda hasilat, nəqletmə və kəşfiyyat sahələrinə sərmayə qoyur. Növbəti illər ərzində də burada neft və qaz üzrə biznesimizi davam etdirəcəyik”.
Bunu BP-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
B. Aslanbəyli qeyd edib ki, BP Azərbaycanla əlaqələri daha da genişləndirmək üçün yeni imkanlara baxmağa davam edəcək.
(c)APA