Rusiya enerji şirkətinin min kubmetr təbii qaz ixrac qiyməti iyun ayında bir əvvəlki aya görə 13% enərək 82 dollara düşüb.
Rusiyanın enerji şirkəti Gazprom-un təbii qaz ixracından əldə etdiyi gəlir ilin ilk 6 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 51.2 faiz azalaraq 11.3 milyard dollara düşüb.
Rusiya Federal Gömrük Xidmətinin məlumatlarına görə, Qazprom-un boru kəmərləri ilə təbii qaz ixracının həcmi yanvar-iyun dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 17.8 faiz azalaraq 91.1 milyard kubmetrə düşüb.
Sözü gedən dövrdə şirkətin qaz ixracından əldə etdiyi gəlir 51,2 faiz azalaraq 11.3 milyard dollara düşüb.
Digər tərəfdən, Qazpromun min kubmetr təbii qazın ixrac qiyməti iyun ayında bir əvvəlki aya nisbətən 13 % nisbətində azalaraq 82 dollara düşüb. Analitiklər şirkətin təbii qaz ixracatından qazanc əldə etməsi üçün min kubmetr təbii qazın qiymətinin 90-100 dollar aralığından yuxarı olmalıdır.
"Qazprom" un xalis mənfəəti ötən il 17 faiz azalaraq ötən il 1,2 trilyon rubla (təxminən 17 milyard dollar) düşüb. Dünyanın ən böyük təbii qaz istehsalçılarından biri olan "Qazprom", Rusiya qanunlarına görə boru kəmərləri ilə təbii qaz ixrac etmək səlahiyyətinə sahib olan yeganə şirkətdir.
Beynəlxalq Enerji Agentliyinin (IEA) hesablamalarına görə, bu il qlobal təbii qaza olan tələbatın rekord 4 faiz azalması gözlənilir.
Müəllif:Aynur Qəniyeva