“Koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirləri, dünya bazarında neft qiymətlərinin düşməsi büdcəyə yenidən baxılmasını zəruri edib”.
Bunu Milli Məclisin bugünkü iclasında Sədr Sahibə Qafarova deyib.
O bildirib ki, bununla əlaqədar Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsi ilə bağlı tapşırıq verib.
“Bununla əlaqədar layihələr Milli Məclisə daxil olub”, - deyə Milli Məclisin Sədri vurğulayıb.
(c)APA