Belarusiya Prezidenti Aleksandr Lukashenko 2025-ci ilə qədər neft və qaz idxalı üçün yeni bir infrastrukturun yaradılması barədə göstəriş verib
"Bu cür amillərin təsiri minimal olması üçün nəticə çıxardıq və strategiyanı həyata keçiririk. Neft və qaz təchizatı üçün yeni infrastruktur, kredit portfelinin və ixrac axınlarının şaxələndirilməsi" deyən Lukashenko, pandemiya dövrü və beşillik dövrdə iqtisadiyyat üçün əsas vəzifələri sadalayaraq Belarus xalqına və parlamentinə müraciət edib.
Ticarət müharibələri, haqsız qiymətlər və bahalı kreditlər səbəbiylə bu yanaşmanın tətbiq olunacağını qeyd edib. Prezidentin sözlərinə görə, buna görə Belarus son 5 ildə 9,5 milyard dollar itirib.
"Cari dövrün nəticələri göstərdi ki, bir və ya iki ölkədən yüksək xarici asılılıq bizi həssas vəziyyətə salır. Ticarət müharibələri, ədalətsiz qiymətlər, bahalı kreditlər səbəbindən beş il ərzində ölkə 9.5 milyard dollar iqtisadi artım itirib. Və bunlar pensiya, təqaüddür , dövlət işçilərinin maaşı, ailələrə dəstəkdən itkilər olub"deyib Lukashenka.
Müəllif:Aynur Qəniyeva