Siyasət

03 Avqust

Polşa "Qazprom" u  50 milyon avro cərimələyib

Polşa tənzimləyicisi UOKiK, "Qazprom" a qarşı "Şimal axını 2" nin tikintisi ilə əlaqədar antimonopoliya işində əməkdaşlıqdan imtina etdiyinə görə maksimum cərimə tətbiq edib.
Fins.az xəbər verir ki, 
Polşa Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi İdarəsi (UOKiK) Rusiyanın "Qazprom" konserninə qarşı 213 milyon zlotis (təxminən 50 milyon avro) məbləğində cərimə tətbiq edib. Cərimələrin səbəbi, Rusiya nəhənginin Polşanın "Şimal axını 2" qaz boru kəmərinin inşasına dair müqavilələr barədə məlumat verməkdən imtina etməsidir.

Müəllif:Aynur Qəniyeva