"Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokundan (AÇG) istismara veriləndən indiyədək 514 mln. ton neft hasil edilib.
Fins.az Energetika Nazirliyinin yayımladığı məlumata istinadən xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov ADA Universitetində keçirilən 14-cü Bakı Yay Enerji Məktəbində "Azərbaycanın enerji siyasəti və bərpa olunan enerjinin artan rolu" mövzusunda çıxış edərək deyib.
Onun sözlərinə görə, "Şahdəniz" qaz-kondensat yatağından isə indiyədək 127 mlrd. kubmetr qaz və 29 mln. tona yaxın kondensat hasil edilib.