Siyasət

22 İyul

“Azərişıq” şimal bölgəsində yenidənqurma işləri görür

“Azərişıq” ASC Şimal RETSİ (Regional Enerji Təchizatı və Satışı İdarəsi), Şabran  Elektrik  Şəbəkəsində  əhalini  fasiləsiz   elektrik  enerjisi  ilə təmin  etmək  məqsədi ilə bir çox işlər görüb.

Qurumdan fins.az-a verilən məlumata görə, Şabran rayonunun elektrik enerjisi ilə təmin edən 110/10 kV-luq 2x16 MVA gücündə “Rəhimli” yarımstansiyası əsaslı şəkildə yenidən qurularaq gücləndirilib, 2 ədəd əlavə 35 kV-luq yarımstansiya  tikilib istifadəyə verilib.

Şabran rayonunun Pirəbədil kəndində yerləşən  ümumilikdə 6 kəndi  elektrik enerjisi ilə  təchiz edən  35/10  kV-luq,  “Pirəbədil” yarımstansiyasında  hazırda əsaslı  və yenidənqurma  işləri  aparılır.  Həmçinin rayonun  17  kəndində  yenidənqurma  işləri  aparılaraq kabelləşmə başa çatmış, güc  mərkəzləri  yaradılmaqla  yeni  transformatorlar  quraşdırılmışdır.

 

Şimal RETSİ,  Xaçmaz Elektrik Şəbəkəsində də geniş miqyaslı işlər görülür. 2020-ci  ilin  6  ayı  ərzində  yenidənqurma işləri  ilə  əlaqədar  Xaçmaz  rayonu  Müşkür  kəndində, Xaçmaz  şəhəri 21,25 və 61-ci  məhəllələrdə müasir  tipli transformator  məntəqələri quraşdırılıb, yeni kabellər çəkilib, yeni dəmir beton və ya metal dayaqlar basdırılıb. 

Xaçmaz rayonu Maqsudkənd adlanan ərazidə yararsız dayaqlar  yenisi ilə  əvəz olunub, yeni kabellər çəkilərək abonentlər fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Həmçinin Xaçmaz  Elektrik  Şəbəkəsi  üzrə  60-dan çox transformator məntəqəsində cari təmir işləri görülüb.

Şimal RETSİ, Quba Elektrik Şəbəkəsi xüsusilə ucqar dağ kəndlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədi ilə yeni güc mərkəzləri istifadəyə verir. 
Rayonun Kuncuq kəndi ərazisində bu ilin iyun ayında 35/0,4 kV-luq 100 kVa gücündə transformator  məntəqəsi quraşdırılaraq istismara verilib. 

Bundan başqa Rayonun Qam-Qam kəndi ərazisində şəbəkələrin perspektiv inkişafı istiqamətində görüləcək işlərlə əlaqədar 35/10 kV gücü 4 MVA gücündə  olan yeni “Rustov” yarımstansiyasının tikintisinə başlanılıb. Həmin yarımstansiyanın istismara verilməsi ilə mövcud 10 kV-luq Rustov HX hava xətti 3 hissəyə bölünəcək, ümumilikdə 13 min sakinin elektrik enerjisi ilə təchizatı dayanıqlı və keyfiyyətli olacaq. 

Digər tərəfdən Əsparəsti və Qorxmazoba kəndlərinin qidalanması da yeni inşa ediləcək “Rustov” yarımstansiyasından olacaq. Bununla da Pirvahid hava xəttinin uzunluğu 4,2 km qısaldılacaqdır.

500 dən çox sakinin yaşadığı  Qubanın Caqacuq kəndinində də elektrik enerjisi şəbəkəsi tamailə yenilənir. Yararsız naqil və dayaqlar yeni beton dayaq və kabellərlə əvəz olunur, yeni müasir tipli elektrik sayğacları quraşdırılır.