Siyasət

22 İyul

“Türk axını”nın fəaliyyəti yenə dayandı

“Türk axını” kəmərinin fəaliyyəti iki həftəlik dayandırılacaq.

Bu məlumatı “Botaş” şirkəti yayıb.

Buna səbəb kəmərdəki təmir işləridir.Kəmərdə təmir işlərinin 27 iyuldan 10 avqusta qədər davam edəcəyi vurğulanıb.

Qeyd edək ki, “Türk axını” son iki ayda ikinci dəfədir fəaliyyətini dayandırır. Bundan öncə boru kəmərinin fəaliyyəti iyunun 23-dən 29-na qədər dayandırılmışdı.

“Finanz.ru” saytı boru kəmərinin fəaliyyətinin dayandırılmasının Türkiyənin rus qazının alış həcmini azaltması ilə əlaqədar olduğunu yazıb.