Siyasət

22 İyul

Almaniya ABŞ sanksiyalarına cavab hazırlayır

Maliyyə, istehsal və ticarət şirkətlərini bir araya gətirən (OAOEV) ABŞ-ın Şimal axını 2 qaz boru kəmərinin inşasına qarşı sanksiyalarına cavab hazırlayır. Bu barədə OAOEV şirkətinin baş direktoru Maykl Harms Funke-yə verdiyi müsahibədə bildirib.

"Əvvəllər sanksiyalara cavabsız qalmamaq üçün ABŞ-a qarşı sərt bir qisas barədə xəbərdarlıq etmişdik. Ancaq indi buna bir az fərqli baxırıq və konkret təkliflər hazırlayırıq - diplomatik ifadələrdən yerli firmaların kompensasiyasına  cavab sanksiyaları olacaq"

Çərşənbə axşamı ABŞ Konqresinin Nümayəndələr Palatası, Rusiyadan Avropaya və Türkiyəyə gedən "Şimal axını 2" və "Türk axını" qaz boru kəmərlərinə qarşı sanksiyalar ilə yeni müdafiə büdcəsi və sonra ümumilikdə müdafiə büdcəsi ilə bağlı sanksiyalar ilə düzəlişləri təsdiqlədi. Bir boru kəməri tikilir, ikincisi artıq işləyir.

Kharms-ın məlumatına görə  sənəddə sanksiyaların tətbiq olunmasının dəqiq tarixi göstərilmir, lakin ABŞ Şimal Axını 2 layihəsi ilə əlaqəli istənilən şirkətin, bankların hesablarını bağlaya bilər və bu şirkətlərin rəhbərləri də sanksiya təhlükəsi altındadır.

Layihənin texniki hissəsini başa çatdırmaq üçün heç bir maneə yoxdur - "Qazprom" qaz kəmərini özbaşına tamamlaya bilər - qalan bütün bunlar Baltik dənizində Danimarka yaxınlığında bir hissə qoymaqdır. Lakin ABŞ layihənin maliyyələşdirilməsinə təhlükə yaradır - banklar və sığorta şirkətləri üçün Harms qeyd edib

"Texniki baxımdan, inşaat problem deyil, lakin, məsələn, sığorta şirkətlərinin necə davranacağı ilə bağlı bir sual var."

ABŞ-ın "Şimal axını 2" qaz boru kəməri layihəsinə qarşı tətbiq etdiyi sanksiyaların genişləndirilməsi, tikintisinin başa çatmasına 700 milyon avro həcmində investisiyaların qarşısını alacaq. Layihə operatoru Şimal Axını 2 AG-nin fikrincə, onsuz da çətin iqtisadi vəziyyətdə olan dövlətlərin təklif etdiyi əlavə sanksiyalar, 12-dən çox Avropa ölkəsindən 120 şirkətə birbaşa təsir edəcəkdir.

Müəllif:Aynur Qəniyeva