Siyasət

21 İyul

Səudiyyə Ərəbistanı hökuməti pulsuz Saudi Aramco səhmlərini yerli investorlara təhvil verəcək

Səudiyyə Ərəbistanı hökuməti iyulun 25-də pulsuz Saudi Aramco səhmlərini yerli investorlara təhvil verəcək
Fins.az xəbər verir ki, Səudiyyə Ərəbistanının dövlətə məxsus neft və qaz nəhəngi Saudi Aramco, Səudiyyə Ərəbistanı hökumətinin qərarına əsasən, şirkətin pulsuz (bonus) hissələrinin Səudiyyə investorlarının portfellərinə təhvil verilməsinin 25 İyul Şənbə günü reallaşacağını söylədi.

Bonus hissələrini almaq hüququ iyunun 7-də başa çatıb.

Bundan sonra şirkət, İyun 7-də ticarət sonuna qədər Saudi Aramco-nın IPO-dan davamlı bir səhm sahibi olan hər bir Səudiyyə səhmdarının pulsuz səhmlərə sahib olacağını təsdiqləyib

Maliyyələşdirilən yerli investorların, bonus səhmlərinin sayının maksimum 100 səhmdən çox olmamaq şərti ilə, təklif olunan hər 10 səhm üçün 1 pulsuz səhm almaq hüququ qazanacaq.

Saudi Aramco, 2020-ci ilin ilk rübü üçün səhmdarlara 70,32 milyard Səudiyyə ralı (18.75 milyard dollar) dividend paylayacağını açıqlayıb. Dividend almaq hüququ olan səhmlərin sayı 199 milyard 882 milyon 812 min 500 vətəndaşdır. Beləliklə, hər səhm üzrə divident 0,3518 dollar təşkil edir.

Şirkət 2019-cu ilin dekabr ayının əvvəlində bir IPO əməliyyatş həyata keçirib şirkətin səhmləri 32 Səudiyyə riyalına, ya da hər səhmə 8.53 dollara satıldı. Satıcı kimi çıxış edən ölkə hökuməti daha sonra 25,6 milyard dollar toplayıb.

Müəllif:Aynur Qəniyeva