2020-cu ilin birinci yarısında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 327,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 10,6% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə sement istehsalının həcmi 1milyon 507,2 min ton təşkil edib (2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə azalma 2,4%).
Yanvar-iyun ayları ərzində respublikada 13,5 min ton tikinti əhəngi (azalma 41,3%), 21 min ton sement, süni daş və ya betondan tikinti blokları və kərpic (azalma 64,5%), 10,165 min ton işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar (azalma 41,1%), beton konstruksiya istehsalında 17,3 min kubmetrədək (azalma 26,7%), 71,1 min ton asfalt (azalma 41,5%) istehsal edilib.
Hesabat dövründə tikinti gipsi istehsalında 2,1 dəfə - 9,2 min tonadək, tikinti kərpici 15,1% - 236,8 min kubmetr, hazır beton qarışığı 821,5 min ton (artım 3,6%) artım qeydə alınıb.