Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-iyun aylarında 18,4 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 11,2 faiz artıb.
Sənaye məhsulunun 61,6 faizi mədənçıxarma sektorunda, 32,1 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.