2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 1 min 711,7 kq qızıl hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,5% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb
2020-ci ilin 6 ayı ərzində 2 min 150,3 kq gümüş (artım 25,1%) hasil edilib.
Hasil edilən qızıl və gümüş emala göndərilib.
1 iyun 2020-ci il tarixinə istehsalçı şirkətlərin anbarlarında qızıl ehtiyatının həcmi 242,6 kq, gümüş ehtiyatının həcmi 348,8 kq təşkil edir.
Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” və “Qoşa” yataqlarından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır
