Siyasət

16 İyul

Neft Fondunun büdcə xərcləri açıqlanıb-MƏBLƏĞ

Cari ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə xərcləri 5 824,8 milyon manat təşkil edib.

Neft Fondundan fins.Buaz-a verilən məlumata görə bu müddət ərzində xam neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ARDNF tərəfindən makroiqtisadi və fiskal tarazlığın qorunması, icmal və dövlət büdcəsi qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı funksiyalarının icrası təmin edilmişdir. Belə ki, ötən müddət ərzində dövlət büdcəsinə 5 675,0 milyon manat, məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsinə 140,0 milyon manat, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 77,9 min manat yönəldilmişdir. Qeyd edilən dövr ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 9,7 milyon manat təşkil etmişdir.
 
Müəllif:Aynur Qəniyeva