Siyasət

15 İyul

SOCAR qaz hasilatını artırıb, neft istehsalını azaldıb

Bu ilin birinci yarısında SOCAR öz imkanları ilə istismar etdiyi yataqlarda 3 762 min ton neft hasil edib ki, bu da illik ifadədə 0,3% azdır.

 SOCAR-ın dərc etdiyi rüblük hesabatı əsasında aparılan hesablamalara görə, azalma yeni növ koronavirus (COVID-19) pandemiyası nəticəsində dünyada neftə olan tələbatın aşağı düşməsi və "OPEC+" razılaşması çərçivəsində hasilatın müvəqqəti məhdudlaşdırılması ilə əlaqədardır.

Məlumata əsasən, şirkət bu ilin yanvar-iyun aylarında 3 641 mln. kubmetr qaz hasil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,6% çoxdur.

(c)APA