Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-iyun aylarında 18,4 mlrd. manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5% az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövrü sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 11,2% artaraq, 5,72 mlrd. manat təşkil edib.