"SOCAR Petroleum SA Romania” şirkəti “Aral MTB SRL” şirkətinin nəzdində fəaliyyət göstərən 6 yanacaqdoldurma məntəqəsini (YDM) icarəyə götürəcək. Bu barədə Rumıniya mətbuatı xəbər verir.
“Rumıniyanın Rəqabət Şurası hazırda “Aral MTB SRL” şirkətinin nəzdində fəaliyyət göstərən 6 yanacaqdoldurma məntəqəsinin istifadə hüququnun SOCAR-ın bu ölkədə törəmə şirkəti olan “SOCAR Petroleum SA”ya keçməsinə icazə verib. Beləliklə də SOCAR Arad, Timiş və Sibiu bölgələrində yerləşən YDM-ləri icarəyə götürərək idarə edəcək. Şuranın apardığı təhlilin nəticələrinə əsasən, bu əməliyyat Rumıniya bazarında effektiv rəqabət üçün ciddi maneə yaratmayacaq”, - deyə məlumatda bildirilir.
Şuranın məlumatına görə, 6 YDM SOCAR-a 10 illik icarə müqavilə əsasında verilməlidir.
Sövdələşmənin dəyəri açıqlanmır.
Hazırda SOCAR Rumıniyanın 20 regionunda “SOCAR” brendi ilə fəaliyyət göstərən 44 YDM-ə malikdir. Şirkət bu ölkədəki yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdırmağı planlaşdırır.
SOCAR Rumıniyada neft məhsullarının pərakəndə satışı bazarında fəaliyyətə 2011-ci ildən başlayıb