Siyasət

07 phrase_var_core.april

SOCAR: I rübdə “Azeri Light” markalı yüngül neftin bir barrelinin orta satış qiyməti $53,07 təşkil edib

2020-ci ilin birinci rübündə Azərbaycanın “Azeri Light” markalı yüngül neftin bir barrelinin orta satış qiyməti CIF şərtləri ilə $53,07 təşkil edib. Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov  məlumat verib.

“2020-ci ilin yanvar-mart aylarında “Azeri Light” markalı yüngül neftin bir barrelinin orta satış qiyməti CIF şərtləri ilə $53,07 təşkil edib”, - Əhmədov qeyd edib.

O, həmçinin bildirib ki, 2019-cu ilin analoji dövrü ərzində Azərbaycanın “Azeri Light” markalı yüngül neftin bir barreli CIF şərtləri ilə $65,31 təşkil edib.

2019-cu ildə Azərbaycanın “Azeri Light” markalı yüngül neftin bir barreli CIF şərtləri ilə $66,79 təşkil edib.

“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə müqavilə çərçivəsində hasil olunur. Bu müqavilədə SOCAR-ın payı 10% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında müqavilədə iştirak payından asılı olaraq bölünür.

Azərbaycanda hasil olunan neftin 2/3 hissəsi AÇG blokunun payına düşüb

(c) İnterfaks-Azərbaycan