“Azəriqaz” Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 180 636 manat köçürüb.
Fins.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayımlayıb
Məlumatda bildirilir ki, “Azəriqaz” İB-dən Koronavirusla Mübarizəyə Dəstək Dünyada yayılmış koronavirusun (COVİD-19) ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bir çox dövlət qurumları, özəl sektorun nümayəndələri, ayrı-ayrı şəxslər bu Fonda müəyyən məbləğlərdə maliyyə vəsaitləri köçürürlər. “Azəriqaz” İstehsalat Birliyi də bu təşəbbüsə qoşularaq strateji rəhbərlərin bir aylıq vəzifə əmək haqqının 50%-i miqdarında (ümumilikdə 180 636 manat) vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.
Müəllif; Aynur Qəniyeva