Siyasət

01 phrase_var_core.april

Neft Fondu AÇG və Şahdənizdən gəlirlərini açıqladı

2020-ci ilin ilk 3 ayı ərzində Dövlət Neft Fondu Azəri-Çıraq-Günəşli (AÇG) yatağı üzrə 1 milyard 671 milyon ABŞ dolları gəlir əldə edib.

Fondun yaydığı məlumata görə, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər isə (01.01.2020 - 01.04.2020 tarixinə) 100 milyon ABŞ dolları təşkil edib.

2007-ci ildən etibarən, Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər 01.04.2020 tarixinə 2 milyard 834 milyon ABŞ dolları təşkil edib.