Siyasət

29 phrase_var_core.march

Xaricə göndərilən bəzi neft-qaz məhsullarının həcmi açıqlanıb

Yanvarda Azərbaycandan dəyəri 8,7 milyon ABŞ dolları olan 12,3 min ton reaktiv mühərriklər və digər məqsədlər üçün istifadə olunan kerosin ixrac edilib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, ay ərzində ölkədən, həmçinin 18,7 milyon dollarlıq 42,5 min ton ağır destilyatlar və ya digər məqsədlər üçün qazoyllar, 517,4 min dollarlıq 2,2 min ton maye qaz, 91,7 min dollarlıq 890,5 ton neft koksu göndərilib.