Bu il gündəlik qlobal neft tələbatının 20 mln. barel azalacağı gözlənilir.
Fins.az xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.
Onun sözlərinə görə, qlobal neft tələbatı gündəlik 100 mln. barel təşkil edir. Bu həcmin 80%-i nəqliyyat sektorunda yanacaq kimi istifadə edilir. (apa)