SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər heyəti SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) olmuş, koronavirus pandemiyasının əməkdaşlara yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə aparılan profilaktik tədbirlərlə yerində tanış olub
Fins.az xəbər verir ki,bu barədə SOCAR məlumat yayımlayıb
Məlumatda bildirilir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər heyəti SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) olmuş, koronavirus pandemiyasının əməkdaşlara yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə aparılan profilaktik tədbirlərlə yerində tanış olub.
SOCAR rəhbəri ölkəmizin həyat təminatlı obyektlərindən biri olan H. Əliyev adına NEZ-in fasiləsiz işinin etibarlı təminatının təmin olunması üçün görülən qabaqlayıcı tədbirlərlə tanış olmuş və görülmüş tədbirlərdən razı qaldığını bildirib.
Müəllif:Aynur Qəniyeva