2020-ci ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən Azərbaycanda duru bitki yağları istehsalı 14.2% azalıb.
Fins.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ilk 2 ayda 8153,4 ton duru bitki yağları istehsal edilib.
2019-cu ilin yanvar-fevral aylarında ölkəmizdə 9 503 ton duru yağları istehsal edilmişdi. İstehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən 26,5% artmışdı.