Siyasət

23 Mart

SOCAR Supsadan “Belneftexim” konserni üçün ikinci partiya “Azeri Light” nefti göndərib

SOCAR şirkəti bazar günü Supsa limanından Belarusun “Belneftexim” konserni üçün ikinci partiya Azərbaycan nefti göndərib.

“Martın 22-də axşam Gürcüstanın Supsa limanındakı terminaldan ikinci partiya Azərbaycan nefti göndərilib. Beləliklə, şirkət tərəfindən “Belneftexim” ilə nəzərdə tutulan bütün nəqlin həcmi həyata keçirilib”, - SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

O, Belarus tərəfi ilə ixracın davam etdirilməsinə dair məsələyə aydınlıq gətirməyib.

“Hələlik bu qədər. Gələcəyə baxarıq”, - Əhmədov qeyd edib.

Xəbər verildiyi kimi, mart ayında Socar Tradinq (SOCAR-ın törəmə strukturu) Belarusa Odessa limanı və “Odessa-Brodı” neft kəməri ilə 250 min tona yaxın ümumi həcmdə üç partiya neft nəql etməlidir. Martın 12-də Ceyhandan Odessa limanına 90 min ton “Azeri Light”Azərbaycan nefti daxil olub. Martın 18-də - Novorossiyskdan 80 min ton “Urals” nefti gətirilib. Supsadan daha 80 min ton neftin göndərilməsi gözlənilir. Daha sonra Azərbaycan nefti Odessa-Brodı boru kəməri vasitəsilə Ukraynadan Mozırsk NEZ-ə nəql ediləcək.

“Belneftexim”im məlumatına görə, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona qədər neft nəql edə bilər.

2011-ci ildə Azərbaycandan Odessa-Brodı vasitəsilə neft Belarusa nəql olunub. Müqavilə 4 milyon ton nəqlini nəzərdə tuturdu, lakin faktiki göndərilən həcm 900 min tona yaxın təşkil edib

(C)İnterfax Azərbaycan