Siyasət

20 phrase_var_core.march

Ağsuda sənaye məhsullarının istehsalı 6,6 dəfə artıb

Ağsu rayonunda cari ilin ilk iki ayında sənaye məhsullarının istehsalı 6,6 dəfə artıb.

Bu barədə rayon statistika idarəsindən verilən məlumatda bildirilir ki, 2020-ci ilin ilk iki ayında 14,1 milyon manat sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib. Bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə diqqətəlayiq dərəcədə çoxdur.

Sənaye məhsulları istehsalındakı artımda regionun ən iri istehsal müəssisələrindən olan “Az-Qranata” MMC-nin şirə və şərab emalı zavodu daha yüksək göstəriciyə nail olub. “Qradus-40”, “Arcahan mobilya” MMC-lər də məhsul istehsalında fərqləniblər.