“Azərişıq” ASC tərəfindən vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir.
Fins.aza daxil olan məlumata görə, artıq bu gündən etibarən Facebook və İnstagram vasitəsilə canlı bağlantı, eləcə də Whatsapp üzərindən müraciətlərin qəbulu həyata keçirilir.
Cari ayın 29-dək Səhmdar Cəmiyyət tərəfindən onlayn müraciətlərin qəbuluna daha çox üstünlük veriləcək. Əsasən, yeni whatsapp nömrəsi üzərindən “Azərişıq” ASC-nin göstərdiyi bütün xidmətlər barəsində məlumat ala bilərsiniz.
Bununla yanaşı, sosial şəbəkələrdə daha operativ xidmət göstərmək üçün bayram günləri ilə əlaqədar olaraq rəsmi Facebook və İnstagram səhifələrində canlı bağlantı həyata keçiriləcək.
Vətəndaşların hər hansı bir sualı yaranarsa, suallarını sosial şəbəkələr vasitəsilə canlı bağlantı zamanı ünvanlaya bilərlər. Həmçinin, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində yalnız bir pəncərədə ən zəruri xidmətlər göstəriləcək. Vətəndaşlar yaranmış suallarını və müraciətlərini təyin olunmuş “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı “199” Çağrı Mərkəzi, Facebook, İnstagram, [email protected] və whatsapp nömrəsinə də yönləndirə bilərlər.
Whatsapp nömrəsi: +994772176762