Azərbaycan bu ilin yanvar-fevral aylarında 27,9 mln. ABŞ dolları məbləğində polietilen və polipropilen ixrac edib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ötən iki ayda ölkədən ixrac edilən polietilenin dəyəri 13 414,72 min dollar təşkil edib. Bu ilin yanvar-fevral aylarında Azərbaycan 19 177,58 ton polietilen (ilkin formalarda) ixrac edib.
Azərbaycanın yanvar-fevral aylarının qeyri-neft sektoru üzrə ixracında polietilenin payı 4,53% təşkil edib.
Bundan başqa, ötən iki ayda Azərbaycan 14 452,54 min dollar dəyərində 17 464,52 ton polipropilen (ilkin formalarda) ixrac edib. Azərbaycanın yanvar ayının qeyri-neft sektoru üzrə ixracında polipropilenin payı 4,89% təşkil edib.