Siyasət

18 phrase_var_core.march

AMEA Neft və Qaz İnstitutu ilə Skoltech arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA Neft və Qaz İnstitutu Skolkovo Elm və Texnologiya İnstitutu (Skoltech) ilə əməkdaşlıqhaqqında müqavilə imzalanıb. 

Fins.az xəbər verir ki, bu barədə AMEA Neft və Qaz İnstitutu məlumat yayımlayıb 

Məlumatda bildilri ki, AMEA Neft və Qaz İnstitutu ilə Skolkovo Elm və Texnologiya İnstitutu (Skoltech) arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. İmzalanan saziş çərçivəsində tərəflər neft sektorunda həm Azərbaycanda, həm də Rusiyada perspektivli layihələrin hazırlanmasına və yeni imkanların müəyyənləşdirilməsinə yönəldiləcək uzunmüddətli tərəfdaşlığa ümid edirlər.

Həmçinin qeyd edilir ki, bununla əlaqədar olaraq Qafqaz regionunun və Xəzər dənizi akvatoriyasının çöküntü kompleksinin neft geologiyasının, stratiqrafiyasının və geokimyasının fundamental və tətbiqi problemlərinin həlli,ekspedisiya işlərinin, laboratoriya tədqiqatlarının, elmi-praktiki konfransların, seminarların, görüşlərin, mühazirələrin tərəflər üçün ən əlverişli rejimdə təşkili, Qeyri-ənənəvi və çıxarılması çətin olan karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi məqsədi ilə quyulardan və yer səthinə çıxışlardan götürülmüş çökmə süxurların litoloji və üzvi-maddənin geokimyəvi tədqiqatlarının aparılması sahələrin inkişafı planlaşdırılır:

Müəllif; Aynur Qəniyeva